Bakının Nəsimi rayonunda Dəyanət Liseyinin servis avtomobillərinin yol kənarında saxlanması sakinlərin narazılığına səbəb olub.
Mərdanov qardaşları küçəsi, 96A ünvanında yaşayan sakinlərin Baku TV-yə sözlərinə görə, liseyin servis avtomobilləri yolun sağ tərəfində saxlanılır.
Küçənin digər tərəfində isə dayanma və durma qadağan olunsa da, avtomobillərin park edildiyi bildirilir.
Sakinlər qeyd edirlər ki, avtomobillərin hər iki tərəfdə saxlanılması ikitərəfli yolu daraldır. Xüsusilə dərsdən sonra ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranır.
Onların sözlərinə görə, yaxınlıqda yeni obyekt və mağazaların fəaliyyətə başlaması da ərazidə nəqliyyat sıxlığını artırıb.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, problem hələ də həll olunmayıb.