Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərə müraciət edib.
DİM-dən Oxu.Az-a verilən məlumata görə, namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.
Qeyd edilib ki, test imtahanı 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra - imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub
- Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ - Nəticələr AÇIQLANDI
- DİM bu gün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib
- Bu gün 3 300-dən çox namizəd dövlət qulluğu üzrə imtahan verib
- Şagirdi olimpiadada zəif nəticə göstərən müəllim cəzalandırıla bilər?
Rəylər