Daxili İşlər Nazirliyi Bakıda adam oğurluğu ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, görüntüdə əks edilən hallar quldurluq cinayəti üzrə axtarışda olan şəxsin tutulması istiqamətində keçirilən tədbiri əks etdirir:
“Həmin şəxs tutularaq istintaqa təhvil verilib”.
16:36
Bakı şəhərində gəncin oğurlandığı iddia olunur.
Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib.
Əldə edilən görüntülərə görə, axşam radələrində iki nəfər bir şəxsi 99-AP-020 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı maşına mindirərək aparıb. Gənc maşına mindirilərkən onun başına vurduqları da görünür.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagramİlhamə Əbülfət
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - Açıqlama
- Narkotik şəbəkəsinə ağır zərbə - Video
- "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi
- Bakının məşhur dairəsində daha tıxac olmayacaq? - Video
- Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər
Digər xəbərlər