Daxili İşlər Nazirliyi (DİN) Əməkdar artist Bəhram Bağırzadənin DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı yumoristik paylaşımına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, B.Bağırzadənin hansısa mövzuya yanaşması sənətlə əlaqəlidir.
“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”, - deyə şöbə rəisi vurğulayıb.
Qeyd edək ki, əməkdar artist B.Bağırzadə DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib. O, videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini söyləyərək, məsələyə yumoristik şəkildə münasibət bildirib.
View this post on Instagram
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - Video
- Vilayət Eyvazov Kollegiya iclası keçirdi: Tapşırıqlar verdi - Foto
- Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
- Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
- Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə
Digər xəbərlər