Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DİN-dən itin şəkər yediyi üçün döyülərək öldürülməsi ilə bağlı AÇIQLAMA - FOTO
Daxili İşlər Nazirliyi Zaqatala rayonunda itin döyülərək öldürülməsi barədə yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Zaqatalada çayxananın həyətinə girən itin şəkər yediyi üçün döyülərək öldürülməsi barədə foto yayılıb.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar