Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DİN-dən müzakirələrə səbəb olan görüntülərlə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə polis əməkdaşının şübhəli şəxsi saxlamasına dair görüntülər yayılıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər 5 il öncə Sabunçu rayonunda qeydə alınıb.
"Ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb.
Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir", - deyə DİN-dən bildirilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda "qırmızı"da keçən sürücü QADINI VURDU: Körpücük sümüyü SINDI - ANBAAN VİDEO
- Binəqədidə narkokuryerlik edən tiktoker SAXLANILDI
- Rusiyalı milyarderin saxlanılması: Ermənistanda yeni müxalif lider planının ifşası
- Daxili İşlər Nazirliyi vətəndaşlara XƏBƏRDARLIQ etdi: Sərt tədbirlər görüləcək
- DİN küçə ticarəti ilə bağlı vətəndaşlara müraciət etdi