Sosial şəbəkələrdə Əməkdar jurnalist Nəsimi Nəbizadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.
Məlum olub ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a DİN-nin Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, bu istiqamətdə yayılan məlumatlar əsassızdır.
Könül Cəfərli