Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
DİN-dən şəhid ailələrini aldadaraq 18 min manat pul alan şəxslə bağlı AÇIQLAMA - FOTO
Sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunub ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdar vəsaitlərini ələ keçirib.
Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18000 AZN pul alıb.
Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, nazirlik bu məsələdən məlumatlıdır:
“Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar