Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Diqqətsizlik nəticəsində Aeroport yolunda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
"Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur".
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır:
"Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir".
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin maariflənməsi məqsədilə Aeroport şosesində qeydə alınan hadisənin videogörüntüsünü təqdim edir:
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)" teqi üzrə xəbərlər
- Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
- "Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır
- Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
- Bakının hansı küçələrində sıxlıq var? - 31.01.2025
- Bakının hansı küçələrində sıxlıq var? - 30.01.2025
Rəylər