Səhiyyə Nazirliyinin keçən il Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 3 237 meyit gətirilib.
Oxu.Az-ın məlumatına görə, bunu Report-a birliyin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, onlar arasında xəstəlikdən ölənlər 913 nəfər, zorakılıqla öldürülənlər 2 227 nəfər təşkil edib. 97 nəfərdə isə tamamilə yanaraq kömürləşməsi və ya çürümə dəyişikliyi olmasından ölümün səbəbləri təyin edilməyib.
Birliyin direktoru qeyd edib ki, körpə uşaq meyitlərindən 14 faizi sahibsiz olub. Bu da sırf yenidoğulmuşlar olub. Ölü doğulmuş, yenidoğulmuş, düşük faktlarının içərisindən 587 meyit olub ki, onlardan 71-i, yəni 14 faizi sahibsiz olub.
Z.Q.
www.oxu.az