Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant qalan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, idarəçilik və təşkilatçılıq, ünsiyyət, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial-emosional bacarıqları qiymətləndirilir.
Müsahibənin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.
Qeyd edək ki, 29 iyun-8 iyul 2026-cı il tarixlərində keçirilən ərizə qəbulu mərhələsinin yekunlarına əsasən, 109 namizəd BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak hüququ qazanıb.