Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dizel yanacağına mühərrik yağının qatılması avtomobildə hansı fəsadlar yaradır? - VİDEO
Son dövrlər dizel yanacağı ilə işləyən avtomobillərə maraq artıb.
Xəzər TV-də yayımlanan “Xəbər ertəsi” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.
Qeyd olunub ki, sözügedən nəqliyyat vasitələrinə marağın artması səbəbsiz deyil. Bu tip avtomobillərdə yanacaq sərfiyyatı həm az, həm də ucuzdur. Ancaq bu avtomobillərin də öz problemləri var.
Məsələn, mühərriklərindən daha çox səs gəlir. Nasazlıq yarananda isə səs bir qədər də artır. Ancaq bəzi sürücülər kustar üsulla bunun qarşısını ala bilirlər. Sən demə, dizel yanacağına müəyyən miqdarda mühərrik yağı əlavə etməklə buna nail olmaq mümkündür.
Avtomobil ustası deyir ki, dizelə hər-hansı bir yağın qatılması mühərrikdə müxtəlif problemlər əmələ gətirir.
Ustanın sözlərinə görə, AVRO 3-ə qədər olan mühərriklərə yalnız xüsusi qatqılar əlavə etmək mümkündür.
Sürücülər isə müxtəlif fikirdədirlər. Ustaların tövsiyələrinə əməl edənlər də var, etməyənlər də.
Usta onu da qeyd edib ki, yeni model mühərrikləri olan avtomobillərdə dizel yanacağına az miqdarda benzin qatıla bilər.
Daha ətraflı süjetdə:
Rəylər