Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Doqquzaylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var](https://images.oxu.az/2025/02/13/QXcx7vLmA0QpUyEW5HAKaWPD2aDF47C8g1FBXsOf:1200.webp)
Doqquzaylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Doqquzaylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Soltan Hacıyeva məlumat verib.
O bildirib ki, övladı çaydanın partlaması səbəbindən ağır yanıq xəsarətləri alıb:
"Murad ötən ilin may ayında dünyaya gəlib. O, oktyabrın 30-da çaydanın partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb. Həmin gün onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Orada müalicələr alsa da, hazırda evə çıxmışıq".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə müraciət edib:
"Muradın aylıq müalicəsi üçün bizim hazırda 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 894-60-31.
"Uni Bank": 5243 7544 1862 8101.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Gənc ana övladları üçün yardım istəyir: "Meyvə istəyirlər, onu belə ala bilmirəm"
- Övladının müalicəsi üçün evini və dəyərli əşyalarını satan ana yardım istəyir
- 13 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- 13 yaşlı Zəhra ölümlə mübarizə aparır: Dəstəyə ehtiyacı var
- İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Rəylər