Bu gün dörd nəfər dənizdə boğulmaqdan xilas olunub.
Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfəri xilas ediblər.
Hadisə Şirvan və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində baş verib.