Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dörd yaşlı Mahir yaşamaq üçün mübarizə aparır - FOTO/VİDEO
Dörd yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir.
Oxu.Az-la əlaqə saxlayan Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicəni qarşılaya bilmədiklərini vurğulayıb.
Mahirin bir müddət Bakıda müalicə aldığını, sonradan maddi sıxıntılar ucbatından geri qayıtmaq məcburiyyətində olduqlarını vurğulayan Hicran xanım oğlunun xəstəliyinin artıq üçüncü dərəcəyə çatdığını bildirib. Ailəsi bildirir ki, Mahirin bir kurs müalicəsində istifadə edilən dərmanları ala bilmək üçün 800 manat pul lazımdır.
Mahirin ailəsinə yardım etmək istəyən şəxslər 050-624-89-96 (anası Hicran Məmmədova) nömrəsi ilə əlaqə saxlaya və ya bank hesab nömrəsinə pul köçürə bilərlər.
Rəylər