Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb.
DİM-dən Oxu.Az-a verilən məlumata görə, “Şəxsi kabinetin” hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar:
Ödəniş sistemlərinin veb-portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems), ödəniş sistemlərinin özünəxidmət kioskları, poçt şöbələrində; SMS vəsitəsilə.
Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək olar.
U.A.
www.oxu.az