Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
DTX: “Terror aktının törədiləcəyi barədə yanlış məlumat yayan şəxs müəyyən olunaraq saxlanılıb” - VİDEO
Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.
Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir.
"DTX" teqi üzrə xəbərlər
- Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısında
- Hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəməsində zərərçəkənlər: "Layiqli cəza vermək lazımdır"
- Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib
- 326 milyonluq qaçaqmalçılığın məhkəməsi - Cinayət işinin DETALLARI
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
Rəylər