Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
DYP cərimə ödənişi ilə bağlı yaradılan saxta səhifələrə görə xəbərdarlıq edib
Dövlət Yol Polisi (DYP) cərimə ödənişi ilə bağlı yaradılan saxta səhifələrə etibar olunmamasına dair xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilib ki, sürücülərə cərimələrin ödənməsi ilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur:
“Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirməkdir.
BDYPİ vətəndaşları diqqətli olmağa çağırır.
Son günlər “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” internet saytı ilə bağlı şikayətlərin sayı artıb.
Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilib”.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Hacıqabulda ağır qəza: Avtomobil yoldan çıxaraq aşdı
- Bakı-Sumqayıt yolunda YPX avtomobilinin iştirakı ilə baş verən qəza barədə RƏSMİ AÇIQLAMA
- Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ
- DYP bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
- BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT EDİB
Rəylər