Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Anım Günü ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşların şəhidləri ziyarət etməsi yollarda sıxlığa səbəb olub:
“Hazırda ərazidə polis yolları tənzimləyir. Sürücülərdən xahiş edirik ki, “Qurd qapısı” istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bu istiqamətlərdə mümkün qədər hərəkəti məhdudlaşdırsınlar və alternativ yollardan istifadə etsinlər”.
İlhamə Əbülfət