Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ədliyyə Nazirliyində kadr dəyişiklikləri olub
Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Həsənova qurumun Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Bu barədə Ədliyyə Nazirliyindən Oxu.Az-a bildirilib.
Bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.
Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.
Ən çox oxunanlar