Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ədliyyə Nazirliyindən işdən çıxarılan rəis müavini ilə bağlı AÇIQLAMA
Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov vəzifədən azad edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, eyni zamanda Notariat idarəsinin rəisi olan A.Süleymanovun öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib.
Qeyd edək ki, ötən gün mediada Anar Süleymanovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılmışdı.
Ədliyyə Nazirliyindən bildirilib ki, 14 aprel tarixindən A.Süleymanovun öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib:
"Onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir".
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Nikahların sayı artıb, boşananların sayı azalıb
- Ədliyyə Nazirliyinin Probasiya Xidməti CEP-in Antalya konfransında təmsil olunub
- Məhkəmə ilk dəfə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad etdi
- Vergi ödəyiciləri üçün nağdsız aparılmalı olan ƏDV hesablaşmalarına dəyişiklik edilib
- Rusiyadan Azərbaycana dörd nəfər ekstradisiya edildi