Mən hələ özüm əfv ərizəsində yazdıqlarını oxumamışam. Amma az-çox xəbərim var idi ki, belə bir şey olacaq.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bunu əfv olunmaq xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edən “NİDA” üzvü Şahin Novruzlunun atası İbrahim Novruzlu açıqlamasında deyib.
İ.Novruzlu bildirib ki, onun Şahinə heç bir basqısı olmayıb:
“Mənim oğlum nə vaxta kimi həbsdə qalmalı idi? O da evə qayıtmalıdır. Mən ona əfv barədə heç nə deməmişəm. Yəni, əfv yazması üçün heç bir basqım olmayıb. Amma onu heç kəs qınaya bilməz. Həbsdə yatan mənim oğlumdur”.
Xatırladaq ki, indiyə qədər “NİDA” Vətəndaş Hərəkatının daha iki üzvü - Bəxtiyar Quliyev və Elsevər Mürsəliyev prezident İlham Əliyevə müraciət ediblər.