Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Oxu.Az-ın verdiyi xəbərə əsasən, bu barədə APA-ya komissiyanın üzvü, deputat Azay Quliyev məlumat verib.
Azay Quliyev iclasda müraciətlərə və təkliflərə baxıldığını bildirib.
“Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq”, - deyə A.Quliyev qeyd edib.