Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əfv Məsələləri Komissiyasının iclası keçirilib: 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
“Report” xəbər verir ki, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.
Bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.
Komissiyanın iclasında gərgin və məhsuldar müzakirələr aparılıb.
09:10
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il ərzində ilk iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, iclasda komissiyaya daxil olacaq müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclasları 28 May - Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçiriləcək.