Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əkiz uşaqların anası: "Mənim üçün ən böyük hədiyyə onların sağalmağıdır"
Altıaylıq körpələrin dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Aysel Əhmədova məlumat verib.
O bildirib ki, övladları erkən doğulduqları üçün səhhətlərində problem var:
"Atilla və Altay avqustun 30-da 31 həftəlik olarkən dünyaya gəliblər. Erkən doğulduqları üçün ikisinin də səhhətində problemlər var. Atilla fizioloji sarılıq, Altay isə ağciyər durğunluğundan əziyyət çəkir".
Gənc ana övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Uşaqlar erkən doğulduqları üçün bir müddət küvəzdə saxlamağa məcbur olduq. Həmin dövrdə, demək olar ki, əlimizdə olan hər şeyi verdik. Dost-tanışın dəstəyi ilə də müalicələrini edirik. Həkimlər uşaqların düzgün müalicə ediləcəyi halda tamamilə sağala biləcəklərini deyirlər. Artıq iki aydır sizin izləyicilərin dəstəyi ilə uşaqlarımı müalicə edirəm. İnanın, onların sağlamlıq durumunun nə qədər yaxşılaşdığını görə bilirəm. Uşaqlarımın artıq tam sağlamlıqlarına qovuşmaları mənim üçün çox böyük hədiyyədir. Hazırda uşaqların müalicəsi üçün 500-600 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 579-77-23
"Leobank": 4098 5844 9655 6208.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır yanıq xəsarətləri alan Çinarənin anası: "Nə dərman, nə yemək ala bilirik"
- Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var
- 4 yaşlı Atillanın gözlərinin görməsi üçün sizin köməyinizə ehtiyacı var
- Bağırsaqlarının 90 faizi çıxarılan Zəhranın həyatda qalması üçün köməyinizə ehtiyacı var
- Üçaylıq körpənin dəstəyə ehtiyacı var: Anası yardım diləyir