Azərbaycanın tanınmış yazıçılarından olan Əkrəm Əylislinin dünyasını dəyişdiyi xəbərləri yayılıb.
Oxu.Az JAM.AZ-a istinadən xəbər verir ki, sosial şəbəkələrdəki məlumatlara əsasən, məşhur yazıçının dünyasının dəyişməsi gecə saatlarında baş verib.
Qeyd edək ki, Əkrəm Əylisli həmçinin ötən ilin ən qalmaqallı yazıçısı da sayılırdı. Yazdığı sonuncu kitabında yazıçı ermənilərin mövqeyini müdafiə edən fikirlərə yer verdiyi üçün cəmiyyət tərəfindən sərt qınanılmışdı”, - deyə xəbərdə bildirilib.
Yazıçının sözügedən məsələ ilə bağlı Publika.az-a zəng etməsi deyilənlərin doğru olmadığını göstərib. Əkrəm Əylisli bu xəbərdən bərk qəzəbləndiyi üçün əsəblərinə hakim ola bilməyərək, saytın ünvanına bəzi xoşagəlməz ifadələr işlədib:
“Bütün deyilənlər yalandır. Mən ölməmişəm, həyatdayam. O... köpək uşağı. Məhkəməyə verib analarını mələr qoyacam”.