Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Elan saytında ev kirayə verən şəxs aldadıldı
Bakıda elan saytında ev kirayə verən şəxs aldadılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
O qeyd edib ki, özünü Aleksey kimi təqdim edən şəxs evini kirayə vermək üçün elan saytında yerləşdirən şəxsə zəng edib:
"Evi bəyənirik, xoşumuza gəlir, bank kartınızı verin, kirayə haqqını ödəyək, evi tutmaq istəyirik...", - və vətəndaş 16 rəqəm daxil olmaqla bütün kart məlumatlarını tanımadığı şəxsə verib. Nəticədə kartında olan 4000 manat oğurlanıb. Və bundan başqa 16 rəqəmdən əlavə kart məlumatları verilməklə 19 vətəndaşın hesabından 2100, 200, 1300, 390, 150, 420, 500, 49, 250, 93, 75, 305, 1300, 300, 150, 68, 90, 568, 500 manat vəsait oğurlanıb".
Faktla bağlı araşdırma aparılır.
Rəylər