Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Elektrik mühərrikli avtomobillər üçün yeni GÜZƏŞT
Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılır.
APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.
Layihəyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.
"Elektrik avtomobili" teqi üzrə xəbərlər
- Kompakt ölçülü elektrik avtomobili süni intellekt proqramı ilə təchiz ediləcək
- Ölkəmizdə elektrikli avtomobillərə maraq artıb: Bəs usta, ehtiyat hissələrini necə tapaq? - PROBLEM
- MM-dən elektrik enerjidoldurucuları ilə bağlı QƏRAR - Güzəşt müddəti artırılır
- Aİ Çindən gələn elektrik avtomobillərinə cərimə tətbiq edəcək