Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Elektron reseptə tam keçid niyə reallaşmır?
Elektron resept sisteminə tam keçid prosesi ləng gedir. Həkimlər hələ də kağız reseptdən istifadə edirlər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ötən ilin yanvar ayının 1-dən etibarən ölkədə reseptlərin elektron qaydada yazılması nəzərdə tutulmuşdu. Bu qərar xəstələrin məlumatlarının mərkəzləşdirilmiş sistemdə toplanmasını, reseptlərin düzgünlüyü və şəffaflığını təmin etməyi hədəfləyirdi. Lakin bir çox tibb müəssisələrində hələ də reseptlərin kağız formada verildiyi müşahidə edilir.
Əksər apteklərə də ümumiyyətlə elektron qaydada resept təqdim edilməyib. Bəzilərində isə əksinə, belə müraciətlər artıb.
Səhiyyə Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, tabeliklərində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə "Elektron resept" sistemindən istifadənin vacibliyi və "Elektron resept" sisteminə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. Hər bir vətəndaş müalicəni təyin edən həkimdən "Elektron resept" yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə elektron resept sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron qaydada təqdim etməlidirlər. Elektron reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Həkimlər "Elektron resept" yazmaqdan, apteklər isə dərman vasitələrini bu resept əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Rəqəmsal Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qaynar xətt" nömrələri ilə əlaqə saxlaya bilərlər.
Ətraflı süjetdə:
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Plastik cərrahiyyə sahəsinin problemləri: Ucuz reklamın qurbanına çevrilənlər
- Gəncə Tibb Kollecində rüşvət İDDİASI: 500 manat TƏLƏB OLUNUR
- Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI
- Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar?
- Səhiyyə Nazirliyi Zəngilan rayonunda əhali üçün səyyar müayinələr təşkil edib
Rəylər