Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əlləri yanan bir yaşlı körpənin dəstəyə ehtiyacı var
Bir yaşlı Nurgülün yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Ağayeva məlumat verib.
O bildirib ki, övladı oktyabrın 16-sı ehtiyatsızlıqdan yanıb.
"Nurgül bir yaşındadır, o, oktyabrın 16-sı qaynar termosu üzərinə aşırıb. Onun barmaqları, əlləri, ayaqları yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada bir müddət müalicə alsaq da, artıq evə çıxmışıq. Hazırda Nurgülün mazlarını və dərmanlarını almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 571-32-23.
Kapital Bank: 4169 7388 4900 9307.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Onaylıq körpənin əməliyyat üçün dəstəyə ehtiyacı var: Pulları çatmır
- Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir
- Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var