Elmar Məmmədov “Neftçi”nin azarkeşlərinin fan-klubunun prezidenti seçilib.
Oxu.Az AZERTAC-a istinadən xəbər verir ki, “Neftçi” PFK müşahidə Şurasının sədri Çingiz Abdullayev “Neftçi” PFK-nin adının Ukrayna ərazisində istifadəsinə icazə verilməsinə dair məktub göndərib.
Bu layihənin məqsədi – Ukraynada azərbaycanlıların birləşməsini gücləndirməkdir, bu həmvətənlərimizin rəhbərlik edəcəyi yeni strukturların yaradılmasına səbəb olacaq.
Xatırladaq ki, Elmar Məmmədov həmçinin “Azərbaycan-Ukrayna” beynəlxlaq alyansının sədridir.
E.Ə.
www.oxu.az