Jurnalist Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, o öz ərizəsi ilə işdən çıxıb: "Bu günlərdə Milli Kibertəhlükəsizlik Agentliyində fəaliyyətimin bir ilini geridə qoydum və növbəti aydan etibarən buradakı "vaxtımı dayandırmaq" qərarına gəldim".
Xatırladaq ki, E.Baxış uzun müddət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Bir il əvvəl jurnalist Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.