Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əməkdar rəssam həyatını itirdi
Tanınmış rəssam Qalib Bağırov vəfat edib.
Oxu.Az xəbər verir ki, Əməkdar rəssam ürək tutmasından 74 yaşında həyatını itirib.
Mərhum 1945-ci il may ayının 9-da Gəncə şəhərində anadan olub. 1966-cı ildə Əzim Əzimzadə adına incəsənət, 1971-ci ildə Moskvada Stroqanov adına incəsənət məktəblərini bitirib.
Rəssam bir sıra əsərlərin müəllifi olub. O, 1996-cı ildə Gəncə Çökək Hamam Kompleksində mərkəzin yaradıcısı kimi tanınıb. Bundan əlavə, Çini Qablar Zavodunun baş rəssamı olub.
Ömrünün sonuna kimi Azərbaycan Texnologiya Universitetində çalışıb.
Bu günlərdə Qabil Bağırovun yeni kitabının təqdimatı keçirilməli idi.
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər