"Elmi tədqiqatların da stimullaşdırılması bizim üçün əhəmiyyətlidir".
Oxu.Az xəbər verir ki, bu sözləri "Yaşıl dünya naminə həmrəylik" ilinə həsr olunmuş və "Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi mövzusunda olam konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O, qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri uzun müddətdir kadr hazırlığına fokuslanıb:
"Universitetlərdə elmi tədqiqat sahəsində ən böyük problem adambaşına maliyyələşmədir. Biz ali təhsil müəssisələrində elmi tədqiqatın keyfiyyətini artırmaq istəyiriksə, maliyyələşməyə də diqqət edilməlidir. Bu istiqamətdə işlər gedir. Növbəti tədris ilində yeni formul haqqında danışa bilərik".
Nəzrin Vahid
Rəylər