Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Emin Əmrullayev: “Məktəbdən şagirdi qovmaq düzgün addım deyil”
“156 saylı məktəbin 11-ci sinif şagirdinin 2023-cü ildə 9-cu sinifdən məzun olan digər yeniyetmə ilə arasında baş verən hadisə məktəbdə olmayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hadisə barədə cinayət işi açılıb və hüquq-mühafizə orqanları məsələni araşdırır:
“Nəticəsini hamı gözləyir. Eyni zamanda, Gəncədə baş verən hadisədə məktəb kontingentinin üzvü olmayan şəxs ümumtəhsil müəssisəsinə daxil olmağa çalışır və qarşısı alınır. Yeniyetmələr arasında belə cinayət əməllərinə qanunvericiliyə uyğun iş aparılır”.
Nazir əlavə edib ki, məktəbdən şagirdi qovmaq düzgün addım da deyil:
“Əsas məsələ islah işi olmalıdır. Məktəbin işi uşağı islah etməkdir. Şagirdə cinayət əməlinə görə cəza düşmürsə, o, açıq və qapalı tipli tədris müəssisələrinə göndərilməlidir. Lakin onları ayırmaq düzgündür? Pedaqoji nöqteyi-nəzərdən bizim yanaşmamız odur ki, həmin uşaqlar kollektivdən ayrılmamalıdır və kollektivlərində təhsil almalıdırlar”.
Nazir əlavə edib ki, hər müəllimin arxasına kamera ilə düşüb çəkməklə onun əlindən tərbiyə alətlərini almış olacağıq:
“Çünki bu cür rəftarda o, nəsə etməyə çəkinəcək. Bu da yaxşı nəticəyə gətirib çıxarmayacaq”.
İlhamə Əbülfət
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazir valideyn və ya müəllimlər arasında olan münaqişələrdən DANIŞDI
- Nazir: "Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır"
- Azərbaycanda neçə məktəb binası var? - Nazir AÇIQLADI
- Elm və təhsil naziri: "Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur"
- Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib
Rəylər