Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Emin Sabitoğlunun ilk həyat yoldaşı vəfat edib
Emin Sabitoğlunun ilk həyat yoldaşı Cəmilə Mahmudova vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xalq Artisti, tarzən Vamiq Məmmədəliyev sosial media hesabında yazıb.
"ADMİU-nun rektoru Ceyran Mahmudovanın anası Cəmilə xanımın vəfat etməsinə çox kədərləndim. Ceyran xanıma və doğmalarına dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirəm", - deyə o bildirib.
Qeyd edək ki, Cəmilə xanım Emin Sabitoğlunun ilk həyat yoldaşı olub. Onlar 1962-ci ildə ailə həyatı qurublar.
"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar