Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atışma baş verib və nəticədə erməni hərbi qulluqçu Viktor Abramov (1995-ci il təvəllüdlü) yaralanıb, Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir.
İnformasiyaya əsasən, yaralı hərbi qulluqçu hərbi hospitala yerləşdirilib. Onun vəziyyti stabil ağır olaraq qiymətləndirilir.