Erməni silahlıları bu dəfə jurnalistləri hədəfə alıb. İntensiv atəşə məruz qalan jurnalistlər güllədən güclə canlarını qurtarıblar.
Oxu.Az xəbər verir ki, atəşə məruz qalan jurnalistlər arasında Publika.az-ın müxbiri də olub.
Bu arada Space tv-nin müxbiri Vasif Vaqifoğlunun avtomobili də gülləbaran olunub.
Ümumilikdə ermənilər istənilən işartıya atəş açıblar. Ordumuz düşməni cavab atəşi ilə susdurub. İtki yoxdur.
Oxu.Az həmin videonu təqdim edir: