Azərbaycan əsgərləri bu gün erməni postuna hücum ediblər.
Oxu.Az Haqqin.Az-a istinadən xəbər verir ki, bu barədə “Novosti Armeniya” yazır.
Məlumatda deyilir:
“Bu gün saat 15:00 radələrində Tavuş rayonunun Ayqepar kəndi istiqamətində azərbaycan əsgərləri erməni postunu mühasirəyə almağa cəhd ediblər. Ermənistan Silahlı Qüvvələri bu cəhdin qarşısını alıb. Ermənistan tərəfindən itki yoxdur”.
Xatırladaq ki, axır iki həftə ərzində Ermənistan ordusu Azərbaycan kəndlərini atəşə tutublar.