Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əsaslı təmir edilən sərhəd zastavasından görüntülər - FOTO/VİDEO
Fevral ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası əsaslı təmir edilərək xidməti istifadəyə verilib.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi bütövlüyümüzün bərpa olunması və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü olması xüsusi vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov şəxsi heyətə çatdırıb.
Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş sərhəd zastavasına baxış keçirilib, yaradılan şəraitlə tanış olunub.
Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yeni inşa edilmiş 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.
Sonda şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.
Rəylər