Oruc tutan insanlar ətirdən istifadə edə bilərlər. Onun vurulması orucun batil olmasına gətirib çıxarmır.
Oxu.Az-ın xəbərinə görə, bunu modern.az-a açıqlamasında Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, təkcə “gül suyu”nu iyləmək bəyənilmir.
“Makiyaj da orucu batil etmir, ümumiyyətlə, diqqəti cəlb edəcək qədər makiyaj xanımlara dini nöqteyi-nəzərdən məsləhət görülmür. Əgər dodaq boyası boğazdan aşağı keçərsə, o zaman orucu batil edir”.