Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ev sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Ucuz mənzil satılan ərazilərin SİYAHISI AÇIQLANDI - QİYMƏTLƏR
Azərbaycanda evlərin bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə mənzillərin qiyməti əvvəlki ilin eyni dövrünə nisbətən doqquz faizdən çox artıb.
Bəs belə olan halda Bakı şəhərində ucuz evləri haradan almaq olar? Əmlakçı Vüqar İsmayılov bu suala belə cavab verib:
"Sabunçu, Suraxanı, Abşeron, Qobu, Hökməli - bu ərazilərdə 50 min civarında evlər tapmaq mümkündür. Abşeron rayonunda, Saray qəsəbəsində şəhər mərkəzinə nisbətən daha ucuz bina evləri tapmaq olar. Bakı ətrafında ikiotaqlı evlərin qiyməti 100-120 min civarındadırsa, sözügedən ərazilərdə 80-90 mindir".
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə deyir ki, paytaxt və ona yaxın ərazilərdə daha aşağı qiymətə ev almaq mümkündür. Lakin həmin evlərin böyük bir hissəsinin çıxarışı yoxdur:
"Onların satış qiymətləri minimum 20 min manatdan başlayır, 50-60 min manat arasında dəyişir. Bu tip ərazilər daha çox Abşeron, Masazır, Xırdalan və Bakı kəndlərində yerləşir ki, oradan mənzil alan şəxslərin böyük hissəsi bölgələrdən gələn, paytaxt ərazisində evləri söküntüyə düşən insanlardır. Həmin əmlakların satış qiymətləri ucuz olsa da, onların böyük hissəsində çıxarışların olmaması səbəbindən sözügedən evlərin kreditli şərtlərlə satılması mümkün deyil".
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə - türk tarixinin izi
- Məşhur aparıcı Xose Bernardo narkotikə necə qurşandı?
- Mirzoyanın Rusiyadakı açıqlamalarında diqqətçəkən məqamlar - Xəbərlərin 20:00 buraxılışı
- Bakıda sürücüləri çaşdıran yol nişanı - Necə olmalıdır?
- Yazıçı-publisist: "Daşkənddə səkkiz minə yaxın azərbaycanlı yaşayırdı"
Rəylər