Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Evdə qısaqapanma faciə yaşatdı: Sumqayıtdakı dəhşətli hadisənin DETALLARI
Sumqayıtda üçotaqlı fərdi yaşayış evi yanıb. Hadisə "BTZ" bağları adlanan ərazidə qeydə alınıb.
İlkin səbəb olaraq, qısaqapanmanın baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, yanğın baş verən evin sakinləri iki yeniyetmədir.
Məlumata görə, onların anaları hazırda məhkumluq həyatı yaşayır, ataları isə ailəni tərk edib. Beləliklə, uşaqlar 3 ildir ki, valideyn nəzarətindən məhrumdurlar.
Zərərçəkən bildirib ki, tüstü çıxdığını görüb, tonqal zənn edib:
"Gəlib gördüm ev alışıb yanır. Çox güman sobadan keçib, yanındakı yorğan-döşəklər də yanıb".
Qonşunun sözlərinə görə, yeniyetmələrin heç bir yerdən gəlirləri yoxdur. Onlara qonşular dəstək olurlar.
Ətraflı Baku TV-nin süjetində:

"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Lənkəranda evə ildırım düşüb: Yanğın olub
- Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
- Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB - Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub
- Moskvada ticarət mərkəzində baş vermiş yanğın söndürülüb
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib