Bu gün saat 21:00 radələrində Facebook sosial şəbəkəsində problem yaranıb.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, birdən-birə fəaliyyətini dayandıran sosial şəbəkənin keçidlərində “error” yazılıb və istifadə mümkünsüzləşib. Hələlik problemin nədən qaynaqlandığı barədə məlumat yoxdur.
Bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada yaşanır. Xarici serverlərdən saytların açılıb-açılmadığını yoxlamaq üçün fəaliyyət göstərən onlayn xidmətlər də Facebook-un dünya boyunca dayandığını göstərir.