Dünyanın məşhur sosial şəbəkəsi Facebook-da yaranan problemlər artıq aradan qaldırılıb. Belə ki, bu dəqiqələrdən Azərbaycanda və dünyanın digər ölkələrində Facebook-a daxil olmaq mümkündür.
Qeyd edək ki, Facebook-un İnstagram-dakı sonuncu məlumatı istifadəçiləri nasazlığın avadanlıqların yenilənməsi ilə bağlı olduğunu bildirir.
12:57
Bir müddət əvvəl Azərbaycanda Facebook-un işində nasazlıqlar peyda olub.
Oxu.Az xəbər verir ki, populyar sosial şəbəkəyə daxil olmaq istəyərkən, “Üzr istəyirik, hansısa səhvə yol verilib” yazısı peyda olur.
Hələlik sosial şəbəkənin işini nə vaxt bərpa edəcəyi məlum deyil.
Hazırda Facebooka heç bir ölkədən giriş mümkün deyil.
