"Yüksəliş" sadəcə bir müsabiqə deyil. Bu, uğurlu insanların müsabiqəsidir".
Oxu.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva altıncı "Yüksəliş" müsabiqənin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, burada artıq həyatda uğur qazanmış, biliyi və bacarığı ilə öz həyat yolunu, karyerasını qurmuş, öz səviyyəsində olan digər uğurlu insanlarla yarışan şəxsiyyətlər bir araya gəlirlər:
"Əminəm ki, müsabiqə başa çatdıqdan sonra bir çoxunuz yeni dostlar qazanacaq, yeni peşəkar əlaqələr formalaşdıracaqsınız. Bu da "Yüksəliş"in ən böyük dəyərlərindən biridir. Müsabiqədə bilikli, bacarıqlı, öz işinin peşəkarı olan, bununla yanaşı, dövlətçiliyə sadiq, sağlam mənəvi dəyərlərə söykənən, məsuliyyət hissi yüksək olan insanların qalib gəlməsini istəyirik. Elə insanlar ki, məsuliyyəti yalnız özünə, ailəsinə və işinə qarşı deyil, həm də dövlətinə, xalqına və millətinə qarşı daşıyırlar".