Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 5 ədəd dəzgah yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
18:50
Biləcəridə sexdə yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində sexdə baş vermiş yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.