"Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarətində olan çimərliklərdə mövsüm başlayandan indiyə qədər suda boğulma nəticəsində ölüm faktı qeydə alınmayıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən nəzarət olunan çimərliklərdə çimərlik mövsümü başladığı gündən indiyədək suda boğulma təhlükəsi ilə üzləşmiş altı vətəndaş xilas olunub.
Aləmdə Nəsib