Goranboyda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonunun Qırıqlı kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İlkin məlumata əsasən, açıq ərazidə 1 ha sahədə qamışlıq yanır.
22.03.2022
Goranboyda yanğın baş verib.
APA xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.
10 hektara yaxın ərazidə qamışlıq sahəsində anidən yanğın başlayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Küləkli hava yanğının söndürülməsində çətinlik yaradır.
Yanğının yaşayış evlərinə keçməməsi üçün yanğınsöndürənlər tərəfində tədbirlər aparılır.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.