Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

FHN-dən “Grand Həyat”dakı yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Grand Həyat” yaşayış kompleksində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-dən verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan dördotaqlı mənzilin bir otağında bir ədəd televizor, bir ədəd kondisioner, bir ədəd divan və divar kağızı 6 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13:28
Bakı şəhərində yanğın hadisəsi baş verib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, yanğın hadisəsi “Grand Həyat” yaşayış kompleksində baş verib və qısa zamanda söndürülüb.
Həmin görüntüləri təqdim edirik: